General Krım partlayışlarının iki əsas versiyasını irəli sürdü

   General Krım partlayışlarının iki əsas versiyasını irəli sürdü
  10 Avqust 2022    Oxunub:1348
Rusların Novofedorovkadakı (Krım-red.) aviabazasında baş verən partlayışlar yerli partizanlarla bağlı ola bilər.
AzVision.az xəbər verir ki, bu fərziyyəni Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko irəli sürüb.

"Xatırladaq ki, bu ilin yanvarında "Milli müqavimət haqqında" qanun qəbul edilib. O, ərazi müdafiəsi, Xüsusi Əməliyyat Qüvvələri ilə bağlı idi? Bu, Silahlı Qüvvələrin ayrıca bir qoludur. Bu qüvvələr düşmən ərazisində fəaliyyət göstərə bilər. Özlərin, işğal altında olan öz əraziləri və hətta daha çox yerdə fəaliyyətə malikdirlər. Ona görə də Krımda "yeraltı" döyüşçülər, partizanlar və Xüsusi Əməliyyat Qüvvələrinin sadəcə mütəxəssisləri ola bilər. Ukrayna bunu təsdiq edirmi? Xeyr. Və düzgün edir. Çünki bu hibrid müharibədir. Bu, Ukraynaya faydalı olduğu müddətcə edilməlidir”,- o general Ukrayna mediasına açıqlamasında deyib.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə və xarici KİV-də Krımda dəhşətli partlayışların olmasını əks etdirən görüntülər yayıldı. Sonradan güclü yanğınlara səbəb olan bu partlayışların Novofedorovkada baş verməsi təsdiqləndi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti