11 yaşlı uşaq məktəbi yandırdı
"Ötən gün Volqoqradda 92 saylı məktəbdə yanğın baş verdi. Yanğınsöndürənlər tez bir zamanda yanğının öhdəsindən gəliblər. Zərərçəkən yoxdur. Amma səbəbkar artıq bəllidir. Rəfiqəsi ilə məktəb ərazisində gəzən 11 yaşlı qız kağız yandıraraq onu binanın qapısının altından içəri atıb. Nəticədə güclü yanğın başlayıb. ƏDövlət əmlakına ciddi ziyan dəyib və dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Qız bu hərəkətini adi uşaq oyunu kimi izah edib", - saytlar yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Məktəb