Əsgər valideynləri İrəvanda Müdafiə Nazirliyinə soxulublar

   Əsgər valideynləri İrəvanda Müdafiə Nazirliyinə soxulublar
  10 Avqust 2022    Oxunub:555
Xəbər verdiyimiz kimi bu gün 44 günlük müharibədə öldürülmüş erməni hərbçilərin valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar batalyon komandiri olmuş Pavlik Karamyanın valideynlərlə görüşüb uşaqların müəmmalı şəraitdə ölməsinə aydınlıq gətirməsini tələb ediblər.
Erməni valideynlər Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər - CANLI
Nazirliyin qarşısında saatlara gözləyən valideynlər onlara cavab verilmədiyini görüb binaya daxil olmaq istəyiblər. Nəticədə mühafizə xidməti ilə valideynlər arasında insident yaranıb.

Bununla bağlı etirazçılardan biri jurnalistlərə deyib:

"Valideynlər müdafiə naziri və onun müavini ilə də görüş tələb edirlər. Biz indicə qəbul otağına girdik və burada heç nə etməyəcəkdik. Zərərçəkmiş valideynin Müdafiə Nazirliyinin binasının qəbulunda gözləmək hüququ yoxdurmu? Diplomu belə olmayan bir gənc mənə yaxınlaşıb dedi ki, "bura daxil olmaq olmaz və siz içəridə gözləyə bilməzsiniz. Bəlkə o, medal almaq üçün belə bir addım atdı. Mən bu gəncə dedim ki, indi yanımda olmayan oğlum səndən də gözəl və savadlı idi. Ona başa saldım ki, valideynlərdən heç birinin qarşısını almağa haqqı yoxdur. Bəlkə başa düşdü, bilmirəm”.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan  







Xəbər lenti