Ruslar Avropaya buraxılmayacaq: Viza qadağası müzakirə edilir

   Ruslar Avropaya buraxılmayacaq:    Viza qadağası müzakirə edilir
  10 Avqust 2022    Oxunub:957
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir.
Bu barədə Almaniya hökuməti məlumat yayıb. Bu sanksiyalar çərçivəsində rusiyalılara Şengen vizalarının verilməsinin qadağan edilməsi təklif olunur. Xatırladaq ki, Estoniya Rusiya vətəndaşlarına müvəqqəti yaşamaq və təhsil vizalarının verilməsini dayandıracaq.

Bundan əlavə, Rusiya və Belarus vətəndaşlarının qısamüddətli işə götürülməsi yalnız Estoniya tərəfindən verilmiş etibarlı vizaya malik olduqda mümkündür. Rusiya və Belarus vətəndaşları üçün Aİ-nin digər üzv dövləti tərəfindən verilmiş qanuni yaşayış icazəsi ilə qısamüddətli məşğulluq artıq qeydiyyata alınmayacaq, buna görə də onlar qısamüddətli iş üçün uzunmüddətli viza müraciəti edə bilməyəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti