Hindistan dollardan imtina etməyə başlayıb

Hindistan dollardan imtina etməyə başlayıb
  11 Avqust 2022    Oxunub:444
Rusiyadan kömür alan Hindistan şirkətləri xammalın pulunu ödəyərkən dollardan imtina etməyə başlayıblar.
Bu yolla onlar ABŞ-ın sanksiyaları altına düşmə risklərini azaltmağa çalışırlar. Artıq ölkədə təchizatçılarla hesablaşmalar üçün əsasən yuan və dirhəmdən istifadə edilir.

İyun ayında hindistanlı idxalçılar ən azı 742 min ton Rusiya kömürünün pulunu dollara alternativ valyuta ilə ödəyiblər. Bu, Rusiyadan idxal edilən 1,7 milyon ton kömürün 44 faizini təşkil edir. Hazırda respublika xammal idxalını artırır və endirimlərə görə Rusiyadan tədarükə üstünlük verir.


AzVision.az

Teqlər:







Xəbər lenti