İngiltərədə evlərə verilən elektrik enerjisi kəsilə bilər

İngiltərədə evlərə verilən elektrik enerjisi kəsilə bilər
  11 Avqust 2022    Oxunub:877
Britaniya hakimiyyəti sənaye obyektlərində və yaşayış binalarında elektrik enerjisinin kəsilməsi ilə bağlı plan hazırlayıb.
Bu addım qışda soyuq hava səbəbilə qaz qıtlığının yarana biləcəyi ehtimalına görə atılacaq. Bu barədə Britaniya hökumətindəki mənbələr məlumat veriblər.

Ölkə pik tələbatın təxminən altıda biri həcmində enerji çatışmazlığı ilə üzləşə bilər. Hətta kömürlə işləyən elektrik stansiyaları işə salınsa belə, bu çatışmazlığın aradan qaldırılmasının mümkün olmadığı bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti