Ukrayna müharibəsi nə vaxt bitəcək: Arestoviçdən yeni proqnoz

      Ukrayna müharibəsi nə vaxt bitəcək:    Arestoviçdən yeni proqnoz
  11 Avqust 2022    Oxunub:549
Ukraynadakı müharibə “kifayət qədər uzun hekayə” ola bilər. Əgər söhbət ərazinin tam işğaldan azad edilməsindən gedirsə, bu, gələn yaya qədər davam edə bilər.
AzVision.az xəbər verir ki, bu proqnozu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç tanınmış jurnalist Dmitri Qordona müsahibəsində səsləndirib.

Arestoviçin sözlərinə görə, Rusiya həqiqətən danışıqlar istəyir və hər şey edir ki, Ukraynanı bu danışıqlara “çəksin”.

- Biz təslim olmaqdan danışmırıq, hətta mart ayında da təslim olmaqdan söhbət getmirdi. Onlar neytral statusda olmağımızı istəyirlər, elə Krımı və Donbası da özlərində saxlmaq niyyətindədirlər. Onlar Xersondan imtina etməyə hazırdırlar və mən buna yüz faiz əminəm. Elə sanksiyaların aradan qaldırılmasını da istəyirlər. Yəni sanksiyaları qaldırın ki, biz yaxşı hazırlaşaraq 5-6 ildən sonra yenidən sizə hücum edək , - Ukrayna rəsmisi deyib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna   Rusiya  







Xəbər lenti