“Ryanair” 1 və 10 avroya bilet satışını dayandıracaq

   “Ryanair” 1 və 10 avroya bilet satışını dayandıracaq
  11 Avqust 2022    Oxunub:1216
İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair” artıq 1 və 10 avroluq ən aşağı tarifləri təklif etməyəcək.
Bu barədə aviaşirkətin icraçı direktoru Maykl O'Liri “BBC”-nin efirində bildirib. “Şübhə yoxdur ki, € 1, € 0,99 və hətta € 9,99 olan biletlərimiz bazarda ən ucuz bilet idi. Düşünürəm ki, yaxın bir neçə il ərzində belə təkliflər olmayacaq. 10 avroluq biletlərin dövrü bitdi”-deyə, o bildirib. O etiraf edib ki, bahalaşma aviasiya yanacağının qiymətinin sürətlə artması ilə bağlıdır.

“Ryanair British EasyJet”, İspaniyanın “Vueling” və Macarıstanın “Wizz Air” aviaşirkəti ilə birlikdə dünyanın ən ucuz aviadaşıyıcılarından biri hesab olunur. Şirkət üçün Avropa şəhərləri arasında uçuşların qiyməti €9,99-dan başlayıb və marşrutdan asılı olaraq dəyişirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti