Erməni ictimai xadim: "Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır"
“Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün rayonlarında yaşayırdılar”, - deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib. Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq deyib: “Artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb”.
Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala cavab verən icraçı direktor onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını bildirib.
AzVision.az
Teqlər: