ABŞ-da ərzaq qiymətləri rekord bahalaşıb

   ABŞ-da ərzaq qiymətləri rekord bahalaşıb
  11 Avqust 2022    Oxunub:800
ABŞ-da ərzaq qiymətlərinin ümumi səviyyəsi keçən illə müqayisədə 10,9% artıb.
Bu barədə Bloomberg ABŞ Əmək Departamentinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, 1979-cu ildən bəri ən əhəmiyyətli sıçrayışdır. Xüsusilə, şorba (+19,1%), dənli bitkilər (+16,8%), uşaq qidaları (+15%) və dondurulmuş meyvə-tərəvəz (+10,6%) qiymətlərində rekord artım qeydə alınıb.

Bundan əlavə, ABŞ-da pərakəndə yumurtalar 38% bahalaşıb ki, bu da 2007-ci ilin oktyabrından bəri ən yüksək qiymətdir, süd məhsulları isə 14,9% bahalaşaraq 2004-cü ilin iyun ayının rekordunu vurub.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti