Almaniya Rusiya ilə münasibətlərə görə Avropada etibarını itirib

   Almaniya Rusiya ilə münasibətlərə görə Avropada etibarını itirib
  11 Avqust 2022    Oxunub:463
Almaniyanın enerji sektorunda Rusiya ilə sıx münasibətləri fonunda Avropa Birliyində etimadını itirdiyi iddia edilir.
Bu barədə Amerikanın “Foreign Affairs” nəşri xəbər yayıb. KİV-in məlumatına görə, Almaniyanın Moskva ilə sıx enerji əlaqələri respublikanın bir çox Avropa müttəfiqləri arasında etimadın olmamasına səbəb olub. Xüsusilə, rəsmi Berlinin Ukraynada münaqişənin başlamasına bir neçə gün qalmış “Şimal axını 2” qaz kəməri layihəsinin dayandırılmasından imtina etməsi münasibətləri korlayıb.

Nəşr əlavə edib ki, Almaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatının dayandırılmasında maraqlı olduğunu nümayiş etdirməli və Aİ-yə dəstək verməlidir. “Almaniya yalnız yaxın gələcəkdə Aİ-nin daha geniş təhlükəsizlik məsələlərinin həllində liderliyini bərpa edə biləcək”.

AzVision.az

Teqlər:







Xəbər lenti