"Dəhliz məsələsi üçtərəfli bəyanat əsasında həll edilməlidir" - Rusiya XİN

   "Dəhliz məsələsi üçtərəfli bəyanat əsasında həll edilməlidir" -    Rusiya XİN
  11 Avqust 2022    Oxunub:848
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll edilməlidir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.

- Üçtərəfli bəyanatın 6-cı bəndində qeyd olunur ki, tərəflərin razılığı ilə yaxın üç ildə Laçın dəhlizi ilə Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı müəyyən ediləcək. Bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingentinin sonradan yenidən yerləşdiriləcək, - Neçaev xatırladıb.

O, qeyd edib ki, Rusiya tərəflərlə daim təmasdadır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Dəhliz  





Xəbər lenti