Türkiyə sərhədlərini keçmək istəyən 28 terrorçu tutuldu

Türkiyə sərhədlərini keçmək istəyən 28 terrorçu tutuldu
  11 Avqust 2022    Oxunub:914
Son 40 gün ərzində Türkiyənin Ədirnə, Hatay, Şanlıurfa və Mardin vilayətlərində qanunsuz yollarla ölkə sərhədini keçməyə cəhd göstərən 192 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, saxlanılan şəxslərdən 75-nin FETÖ, 28-nin PKK/KCK/YPG, 1-nin DHKP-C, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib. Onların arasında vəzifəsindən kənarlaşdırılan müəllimlər, mühəndislər, həkimlər, media mənsubu və hərbçilər də var.

AzVision.az



Teqlər:





Xəbər lenti