İranlı diplomatdan Türkiyə və Azərbaycan əleyhinə sərsəm bəyanat

   İranlı diplomatdan Türkiyə və Azərbaycan əleyhinə sərsəm bəyanat
  11 Avqust 2022    Oxunub:1244
İranın Ermənistandakı keçmiş səfiri Kazem Səccadi Türkiyə və Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.AzVision.az xəbər verir ki, o, Tvitterdə yalan məlumat paylaşaraq iddia edib ki, guya Türkiyə Yaxın Şərqdəki terrorçuları Azərbaycanın İranla sərhəd ərazilərinə yerləşdirir.
"Terrorçuların mövcudluğu və onların Suriyadan Azərbaycana, İranla sərhədə yaxın ərazilərə köçürülməsi qəbuledilməzdir. Türkiyə Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqın ardınca indi İran sərhədləri yaxınlığında bədnam fəaliyyət göstərir", - diplomat ortaya heç bir fakt qoymadan sərsəm fikirlər səsləndirib.

Səccadi anormal şəkildə Ankaranın odla oynadığını da yazıb.

Qeyd edək ki, Səccadi uzun illər İran XİN-də çalışıb. O, İranın Filippin, Yunanıstan, Hindistan və Malayziyadakı diplomatik korpuslarında işləyib. 2015-ci ildən 2019-cu ilə kimi isə İrəvanda səfir olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Türkiyə  





Xəbər lenti