Əsir düşən ukraynalı qadınların SAYI

   Əsir düşən ukraynalı qadınların    SAYI
  11 Avqust 2022    Oxunub:1062
Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.


"Bizim "Azovstal"da 131 qadın əməkdaşımız çalışıb. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - deyə nazir qeyd edib.

Vereşçuk Ukraynanın əsirlikdə olan qadınları azad etmək üçün səy göstərəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti