"İsveç və Finlandiya vədləri hələ yerinə yetirməyib" - Çavuşoğlu

 "İsveç və Finlandiya vədləri hələ yerinə yetirməyib" -  Çavuşoğlu
  11 Avqust 2022    Oxunub:1795
İsveç və Finlandiyadan verilən vədlərə əməl edilməsi istiqamətində hər hansı bir addım görməmişik. İzahatlar var, amma biz hər zaman konkret addımlar görmək istədiyimizi vurğulayırıq. Bizim üçün vaxt təzyiqi yoxdur.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə-İsveç-Finlandiya Ortaq mexanizmin ilk görüşü avqustun 26-sı baş tuta bilər.

AzVision.az




Teqlər:



Xəbər lenti