Latviya və Estoniya Çinlə əməkdaşlıq formatından çıxdı

Latviya və Estoniya Çinlə əməkdaşlıq formatından çıxdı
  11 Avqust 2022    Oxunub:1154
Latviya və Estoniya Çinlə “16 plus 1” əməkdaşlıq formatından çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis öz Tvitter səhifəsində məlumat verib.

"Çin ilə əməkdaşlığın "17 + 1" formatı (Litva getməzdən əvvəl, 17 Avropa ölkəsi orada iştirak edirdi =red) Litva çıxmazdan xeyli əvvəl mübahisələrə səbəb olmuşdu. İndi Latviya və Estoniya da qapını bağlayır", deyə mətndə deyilir. .

Landsberqis hesab edir ki, bu platforma Pekinlə ümumavropa əməkdaşlıq formatı ilə əvəz olunmalıdır.

"Onu Aİ27+1 formatı ilə əvəz etmək lazımdır, - XİN rəhbəri yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti