MAQATE Zaporojye AES-in təhlükəsizliyinə birbaşa təhlükə görmür

   MAQATE Zaporojye AES-in təhlükəsizliyinə birbaşa təhlükə görmür
  11 Avqust 2022    Oxunub:991
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye AES-in ərazisinin atəşə tutulmasından sonra hazırda orada nüvə təhlükəsizliyinə heç bir təhlükə görmür.
AzVision.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi stansiya ətrafındakı vəziyyətə həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

O, videomüraciətində qeyd edib ki, Zaporojye AES-in nüvə təhlükəsizliyini təhdid edən istənilən hərbi əməliyyatlar dayandırılmalıdır. Eyni zamanda, Qrossi bildirib ki, MAQATE Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyətlə bağlı Rusiya və Ukrayna ilə praqmatik əməkdaşlığa can atır.

AzVision.az



Teqlər:





Xəbər lenti