Dənizlə Ukraynadan ixrac edilən taxılın miqdarı açıqlandı

Dənizlə Ukraynadan ixrac edilən taxılın miqdarı açıqlandı
  12 Avqust 2022    Oxunub:401
Humanitar dəniz dəhlizləri vasitəsilə Ukraynadan 375 min tona yaxın taxıl çıxarılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinq zamanı bildirib.

“Avqustun əvvəlindən Ukraynanın Çernomorsk, Odessa və Pivdennı dəniz limanlarından 12 gəmi Aralıq dənizinə yola düşüb. Humanitar dəhliz boyunca dəniz limanlarından ümumilikdə 375 min tona yaxın taxıl yükü və ərzaq məhsulları daşınıb”, - deyə o qeyd edib.

Qromov eyni zamanda əlavə edib ki, gəmilərin hərəkəti üçün heç bir maneə qeydə alınmayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti