Çin oliqarxları Qərblə qarşıdurma istəmirlər
- Buna baxmayaraq, Çin Kommunist Partiyasının rəhbərliyində fərqli düşünənlər barədə də xəbərlər var. Misal üçün narazılar Çində pandemiyə ilə mübarizənin həddən artıq sərt olduğunu və ABŞ-la münasibətlərin gərginləşməsinin doğru olmadığı qənaətindədirlər. Çində iqtisadiyyatın dövlətin əlində mərkəzləşməsi və nəzarətin artırılması da tənqid olunur. Çindəki nəhəng texnologiya şirkətlərinin dövlət tərəfindən ciddi nəzarətə alınması çinli oliqarxları narazı salır. ABŞ sanksiyaları bu şirkətlərin gəlirlərini azaldır. Tsi Sinpinin Amerikadan uzaqlaşaraq Rusiya ilə yaxınlaşması çinli sahibkarların ürəyincə deyil. Çünki Çin şirkətlərinin əsas tərəfdaşları Qərb ölkələrindədir,- politoloq deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Tsi Sinpinin dövründə Çində insan haqlarının vəziyyəti, uyğur türklərinə qarşı zorakılıq hallarının davam etdirilməsi və dissidentlərin sıxışdırılması Pekinlə Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Tayvan adası ətrafındakı vəziyyət Pekinlə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib.
- Çinin 1970-ci illərdəki lideri və əsas islahatçısı Den Syaopin kommunist lider Mao Tsedundan sonra partiyada şəxisyyətə pərəstişi qadağan etmişdi. Çünki Mao Tsedun dövründəki avtoritarizm Çinə böyük problemlər yaşatmış, milyonlarla insan sıxışdırılmanın və təqiblərin qurbanı olmuşdu. Tsi Sinpin Mao Tseduna bənzəməsə də, Kommunsi Partiyasının bir qrup üzvü alternativlərə də imkan yaradılmasının tərəfdarıdırlar.
Tural Tağıyev
AzVision.az