Cənubi Koreyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Cənubi Koreyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb
  12 Avqust 2022    Oxunub:868
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-4E qırıcı təyyarəsi Sarı dəniz üzərində missiya yerinə yetirərkən qəzaya uğrayıb. AzVision.az xəbər verir ki, bu barədə Yonhap agentliyi ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hər iki pilot katapult edərək sağ qalıb.

"Hadisə yerli vaxtla saat 12.20-də, təyyarə Suvondakı bazasına qayıdarkən baş verib. Qəza nəticəsində mülki şəxslərə də heç bir ziyan dəyməyib. Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisənin dəqiq səbəbini araşdırmaq və müəyyən etmək üçün qrup yaradıb", - məqalədə yazılıb.

Qeyd edək ki, son günlər Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik yenidən artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti