Bolqarıstanda qazın qiyməti 60% artıb

   Bolqarıstanda qazın qiyməti 60% artıb
  12 Avqust 2022    Oxunub:913
Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası qapalı iclasında “Bulgargaz” şirkətinin iyulda MVt/saata görə əlavə ödənişlər olmadan 186,47 leva (təxminən 95,34 avro) təşkil edən qazın qiymətinin 60% artırılması təklifini qəbul edib.
“bTV” kanalının verdiyi məlumata görə, qazın yeni qiyməti 297,89 leva (təxminən 149 avro) təşkil edir ki, bu da Bolqarıstan üçün rekorddur.

Qeyd edək ki, aprelin 27-də “Qazprom” vaxtında rublla ödənilmədiyinə görə “Bulqarqaz”a qaz tədarükünü tamamilə dayandırıb.

Bundan sonra Bolqarıstan “Qazprom”un təklif etdiyi qiymətdən xeyli aşağı qiymətə alternativ tədarük variantları (xüsusən də ABŞ-dan mayeləşdirilmiş qaz və Azərbaycandan qaz) tapdığını elan edib və iyunda qazın qiyməti 141,36 levaya düşüb ( təxminən 70, 68 avro).

AzVision.az


Teqlər:





Xəbər lenti