Ukrayna 20 milyardlıq xarici borcunu verə bilmir

   Ukrayna 20 milyardlıq xarici borcunu verə bilmir
  12 Avqust 2022    Oxunub:766
Ukraynanın xarici kreditorları ölkənin defoltunun qarşısını almaq üçün xarici borc üzrə ödənişləri 20 milyard dollar təxirə salıblar.
Bu barədə Reuters xəbər verir. Qeyd oluunb ki, xarici kreditorlar Ukraynanın tələbinə cavab verib və iki il müddətinə təxminən 20 milyard dollar dəyərində beynəlxalq istiqrazlar üzrə ödənişləri dondurublar. Güzəştli dövr ərzində istiqrazlar üzrə faiz gəlirləri müvafiq istiqrazların buraxılışının şərtlərində nəzərdə tutulmuş dərəcələrlə hesablanmaqda davam edir.

Bundan əlavə, müvafiq istiqrazların buraxılış şərtlərində nəzərdə tutulmuş dərəcələr üzrə hesablanmış əsas faiz gəlirinin məbləğinə əlavə faiz gəliri hesablanır. Ukraynanın baş naziri Denis Şmıxal təsdiqləyib ki, Ukraynanın xarici borcuna sərmayədarlar ödənişlərin 2024-cü ilə qədər təxirə salınması ilə razılaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti