Trampın mülkündən məxfi sənədlər tapıldı

   Trampın mülkündən məxfi sənədlər tapıldı
  12 Avqust 2022    Oxunub:1052
ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) agentləri 11 dəst məxfi sənəd ələ keçiriblər.
Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.

Qeyd olunur ki, FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən təxminən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydi və əfv sənədini götürüblər. Əfv sənədi isə onun keçmiş müşaviri Rocer Stounun əfvi ilə bağlıdır.

Həmçinin sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti