Monteneqroda silahlı hücum: 11 ölü, 6 yaralı

Monteneqroda silahlı hücum:    11 ölü, 6 yaralı
  12 Avqust 2022    Oxunub:1163
Monteneqronun Çetinye şəhərində naməlum şəxs ətrafdakı insanlara atəş açıb.
AzVision.az xəbər verir ki, insident nəticəsində 11 nəfər həlak olub.

Məlumata görə, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçən insanları güllələyib. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Yaralılardan biri polis əməkdaşıdır. O, başından güllə yarası alıb.

Silahlı şəxs yaralıların yanına təcili yardım xidmətini buraxmayıb.

Rəsmi məlumatda qeyd olunub ki, polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti