Türkiyədə daha bir zabit şəhid olub

Türkiyədə daha bir zabit şəhid olub
  13 Avqust 2022    Oxunub:1636
Türkiyə Silahlı Qüvvələrinin zabiti şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, leytenant Ömər Bağra Suriyanın şimalında terrorçulara qarşı keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhid olub.

Qeyd edək ki, bir neçə gün əvvəl “Pəncə-Kilid” əməliyyatı bölgəsində baş çavuş Reşat Ergin də şəhid olmuşdu.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti