“Biz ilk xristian millətik” deyib dinimizdən çox uzaqlaşdıq" - Biçaxçyan

   “Biz ilk xristian millətik” deyib dinimizdən çox uzaqlaşdıq" -    Biçaxçyan
  13 Avqust 2022    Oxunub:1290
Ermənistan Polisinin Pasport və Viza İdarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçyan ölkəsinin və xalqının hazırkı faciəli durumu ilə bağlı diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, jurnlistlərlə söhbətində cəmiyyətin kütləvi şəkildə Günəş kimi qürub etdiyini deyib.
- Biz tez-tez sosial şəbəkələrdə, mediada insanların diqqətini yayındıran müəyyən mövzularda yazılara, statuslara rast gəlirik. Əsrlər boyu təkəbbürə, şöhrətpərəstliyə meyilli olmuşuq. Həmişə düşməni məsxərəyə qoyduq, hamıya Masis yüksəkliyindən baxdıq. “Biz ilk xristian millətik” deyib dinimizdən çox uzaqlaşdıq. Görüntü, nümayiş üçün monastırlar və kilsələr tikirik. Millət olaraq əl-ələ verib gün batımına doğru gedirik", - Biçaxçyan məhvə məhkum olmalarından gileylənib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra erməni cəmiyyətində ajiotaj, qorxu hökm sürür. Ermənilərin böyük əksəriyyəti artıq reallıqların dəyişdiyini dərk edir, siyasətçilər, ziyalılar tez-tez uzun illər yanlış yöndə olduqlarını söyləyirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti