Britaniya kəşfiyyatı rusların körpü çətinliklərindən yazdı

Britaniya kəşfiyyatı rusların körpü çətinliklərindən yazdı
  13 Avqust 2022    Oxunub:582
Ruslar Xerson vilayətində Dnepr çayının qərb sahilindəki dəstələri təchiz etmək üçün iki əsas yol körpüsündən istifadə edə bilmirlər. Ukrayna Silahlı Qüvvələri Nova Kaxovkada çaydan keçən yolu bağlayıb. Nəticədə, bir neçə minlik Rusiya ordusu üçün bütün tədarüklər iki ponton bərə keçidindən asılı olacaq.
AzVision.az xəbər verir ki, bunu Britaniya kəşfiyyatı Ukraynadakı müharibə ilə bağlı bugünkü ənənəvi hesabatında yazıb.

"Hazırda Xerson vilayətində Dnepr çayının qərb sahilində, Rusiya tərəfindən işğal edilmiş ərazilərə çıxışı təmin edən iki böyük avtomobil körpüsü çox böyük ehtimalla əhəmiyyətli hərbi xidmət məqsədləri üçün istifadə edilmir. Avqustun 10-da Ukraynanın dəqiq zərbələri yolu Nova Kaxovkada Dnepr çayından keçmək, ağır hərbi texnikanın keçilməsi üçün yararsız hala saldı, - Britaniya kəşfiyyatı bildirib.

Məlumata görə, ruslar zədələnmiş Antonovski körpüsündə yalnız səthi təmir işləri aparıblar. Lakin bu, Ukrayna ordusunun zərbələrindən dəyən ziyanı kompensasiya etmir.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti