Pentaqon: “ABŞ Krımdakı bazanı vurmaq üçün Ukraynaya silah ötürməyib”

      Pentaqon:    “ABŞ Krımdakı bazanı vurmaq üçün Ukraynaya silah ötürməyib”
  13 Avqust 2022    Oxunub:555
Amerika Birləşmiş Ştatları Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromunu vurmaq üçün Ukraynaya silah ötürməyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatına istinadən “Amerikanın Səsi” məlumat yayıb. “ABŞ Ukraynaya Krımdakı Saki aerodromunu vura biləcək heç bir silah verməyib” saytın jurnalisti Ceff Seldin tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsindəki hərbi aerodrom bombalanıb. Nəticədə 8 təyyarə məhv olub.

AzVision.az



Teqlər:





Xəbər lenti