Argentinada “zirehli” dinozavrın qalıqları tapılıb

Argentinada “zirehli” dinozavrın qalıqları tapılıb
  13 Avqust 2022    Oxunub:903
Paleontoloqlar Argentinanın cənubunda əvvəllər məlum olmayan kiçik “zirehli” dinozavrın kəşf edildiyini açıqlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Alimlərin fikrincə, məxluq 100 milyon il əvvəl Pataqoniyada yaşayıb. Çox güman ki, iki ayaq üzərində hərəkət edib. Uzunluğu təxminən bir metr yarım olub.

Məlumata görə, dinozavr boyun, arxa və quyruğa qədər sümüklü lövhə "zirehləri" ilə yaxşı qorunub. O, adi ev pişiyi kimi cəmi 4-7 kq ağırlığında idi.


Teqlər:





Xəbər lenti