Conson yenidən jurnalistika ilə məşğul olacaq

Conson yenidən jurnalistika ilə məşğul olacaq
  13 Avqust 2022    Oxunub:1197
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən jurnalistika fəaliyyəti ilə məşğul ola bilər.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, artıq ölkəsinin məşhur qəzetlərindən olan “Daily Mail” keçmiş hökumət başçısına köşə yazarlığı təklif edib.

Lakin B.Consona təklif olunan maaş və digər detallar açıqlanmayıb. Hələ ki, nə Britaniya hökuməti, nə də “Daily Mail” bu iddialara münasibət bildirib.

Qeyd edək ki, B.Conson 2016-cı ilə, yəni siyasətə gələnə qədər “The Teleqrafh” qəzetində köşə yazarı kimi çalışıb. O, yalan xəbər yazdığına görə qəzetdən uzaqlaşdırılıb.

AzVision.az



Teqlər: Conson   Jurnalistika  





Xəbər lenti