Abdullah Gül koronavirusa yoluxub

Abdullah Gül koronavirusa yoluxub
  13 Avqust 2022    Oxunub:1583
Türkiyənin 11-ci Prezidenti Abdullah Gül koronavirusa yoluxub.
AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, təcrid edilib və müalicəsini evində davam etdirir. A.Gül COVID-19-u yüngül keçirir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur. Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb, koronavirusa yoluxmuş 15 875 121 xəstə sağalıb.

AzVision.az



Teqlər: Gül   Korona  





Xəbər lenti