Salman Rüşdinin son durumu

   Salman Rüşdinin son durumu
  14 Avqust 2022    Oxunub:965
Xəbər verdiyimiz kimi, hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi iki gün əvvəl Nyu-Yorkda bıçaqlanıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yazıçı artıq süni nəfəs aparatından ayrılıb.

Son məlumata görə, Salman Rüşdi hazırda danışır və zarafat da edir.

Qeyd edək ki, Rüşdi 24 yaşlı Hadi Matar tərəfindən bıçaqlanıb. O, polis tərəfindən saxlanılaraq həbs olunub. Yazıçının ən azı 10 bıçaq yarası aldığı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti