İrəvanda güclü partlayış : 3 ölü, 61 yaralı
Tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb.
Hadisə nəticəsində 61 nəfər xəsarət alıb.
***
20:35
Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 2 nəfər həlak olub, 57 nəfər isə xəsarət alıb.
***
17:00
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 34 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
14:28
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Nazirlik ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.
Hadisə zamanı pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.
Dağıntılar altında qalanların olduğu bildirilir.
AzVision.az
Teqlər: