İrəvandakı partlayışda 20 nəfər itkin düşüb

   İrəvandakı partlayışda 20 nəfər itkin düşüb
  14 Avqust 2022    Oxunub:1031
İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 20 nəfərin taleyi barədə məlumat yoxdu.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan deyib.

O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bu gün İrəvanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 60 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti