İrəvanda metroya bomba qoyulması xəbəri təsdiqini tapmadı

   İrəvanda metroya bomba qoyulması xəbəri təsdiqini tapmadı
  14 Avqust 2022    Oxunub:763
Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metropoliteninin bütün stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bütün metrostansiyaların fəaliyyəti dayandırılıb. Ərazilərə xilasedicilər, mütəxəssislər cəlb edilib.

İrəvan Metropoliteninin mətbuat xidməti bildirib ki, axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib və metroda iş bərpa olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti