Tramp malikanəsindən götürülən sənədlərin geri qaytarılmasını tələb etdi

Tramp malikanəsindən götürülən sənədlərin geri qaytarılmasını tələb etdi
  15 Avqust 2022    Oxunub:831
ABŞ-da "Tramp qalmaqalı" davam edir. Dünən eks-prezident Donald Tramp Donald Tramp Federal Təhqiqatlar Bürosunun(FTB) agentlərinin onun malikanəsindən götürdükləri sənədləri geri qaytarmağı tələb edib. O, axtarış zamanı qanunsuz tədbirlərin görülməsindən gileylənib.
Trampın evində axtarışlar aparılıb
AzVision.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.

- Sizdən xahiş edirəm ki, bu sənədləri haradan götürmüsünüzsə, dərhal da ora qaytarasınız, - Tramp deyib.

Xatırladaq ki, Donald Trampın malikanəsində axtarışlar aparılıb. Baş prokuror Merrik Qarland cümə axşamı axtarışların qanuni olduğunu təsdiqləyib. O qeyd edib ki, federal agentlər keçmiş prezident Donald Trampın vəzifədən uzaqlaşdıqdan sonra Ağ Evdən qeyri-qanuni olaraq hökumət sənədlərini çıxarıb-çıxarmadığını öyrənmək üçün Floridadakı mülkünə basqın ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Sənəd   ABŞ  





Xəbər lenti