Çində daşqın 7 turistin ölümünə səbəb olub

Çində daşqın 7 turistin ölümünə səbəb olub
  15 Avqust 2022    Oxunub:808
Çinin Siçuan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlar 7 turistin ölümünə, 8 nəfərin xəsarət almasına səbəb olub.
Avqustun 14-də güclü yağışın yağdığı Pencou şəhərində yerləşən Lonçao dərəsindəki kurortda dincələn yerli turistlər daşqın barədə xəbərdarlığa məhəl qoymayaraq ərazidən vaxtında uzaqlaşmayıblar. Nəticədə ani yaranan daşqında turistlərdən 4-ü hadisə yerində, 3-ü isə avqustun 15-də səhər xəstəxanada vəfat edib.

Mülki müdafiə qüvvələri hazırda ərazidə axtarış-xilasetmə işləri aparır. İşlərə 438 xilasedici və texnika cəlb olunub. Qeyd edək ki, Lonçao dərəsində daşqın və palçıq axını tez-tez baş verir. 2015-ci və 2017-ci illərdə daşqınlar çay sahilində 100 metrlik bəndi dağıtmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti