Rüşdinin vəziyyəti kritik olaraq qalır

Rüşdinin vəziyyəti kritik olaraq qalır
  15 Avqust 2022    Oxunub:1318
Cümə günü ABŞ-da hücuma məruz qalan hind əsilli britaniyalı yazıçı Salman Rüşdinin vəziyyəti kritik olaraq qalır. AzVision.az xəbər verir ki, bu barədə dünya şöhrətli yazıçının oğlu Zəfər Rüşdi məlumat yayıb.
O qeyd edib ki, yazıçının intensiv müalicəsi davam edir.

Ciyərinə qoşulmuş süni aparat söndürülüb, oksigen terapiyası dayandırılır. Yazıçı artıq bir neçə kəlmə danışa bilir. Zəfər Rüşdi yazıçının qarşıdakı həyatının əvvəlki tək normal qaydada davam etməyəcəyini deyib. Çünki o, bir sıra zədələr alıb.

Xatırladaq ki, bundan əvvəl yazıçının agenti Endryu Uayli Britaniya və Amerika mətbuatına açıqlamasında demişdi ki, Salman Rüşdinin aktiv müalicəsi başlayıb. Lakin bu müalicə uzun sürəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti