Yanan erməniləri ölümə musiqi ilə yola salan Marqaryan

   Yanan erməniləri ölümə    musiqi ilə yola salan Marqaryan
  15 Avqust 2022    Oxunub:1142
Dünən İrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan dərhal sonra sosial şəbəkələrdə erməni anormallığını sübut edən daha bir foto yayıldı. Musiqiçilərdən biri kanonunu götürərək yanğınların davam etdiyi ticarət mərkəzinin yanına gəlib və burada poz verməklə fotolar çəkdirib.
İrəvanda faciə yaşanır, ermənilər isə konsert keçirirlər - VİDEO
Əslində bu davranışın beynəlxalq aləmdə ermənilər üçün müsbət effekt verəcəyini düşünən yerli media da məlum fotonu tirajladı. Lakin internetdə geniş yayılan foto xarici KİV-də ciddi qınağa səbəb oldu. İnsanlar arxa fonda od-alov içində yananlara kömək əvəzinə bu cür yersiz davranışların sərgiləməsini pislədilər. Məlum fotodakı "qəhrəman" Mar Marqaryan isə artıq Facebook səhifəsində paylaşım edərək peşmanlığını gizlətməyib.

O qeyd edib ki, şəxsinə qarşı bu böyük aqressiyanın aradan qalxması üçün dəstəyə ehtiyacı var. Çünki guya çoxlu dezinformasiya yayılıb, onlar yanğınsöndürənlər, xilasedicilərdən bəhs edən bir sənədli film çəkmək istəyirlərmiş... Foto isə adi kiçik bir kadr olub.

- Ölkəmizin bəlası ondadır ki, aqressiya pis bir iş görmək istəməyən, sadəcə olaraq ən nəcib sənətə xidmət edən insanlara yönəlib, - erməni sənətçi deyib.

Qeyd edək ki, erməni musiqiçinin guya hansısa sənədli filmi çəkirmiş kimi qələmə verdiyi fotoda onun yalanı ifşa olunur. Görüntüləri çəkən şəxs kadrı nəinki peşəkar, heç məişət kamerasıyla da lentə almır. Onun kölgəsindən əlində adi mobil telefon tutduğu aşkar görünür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Musiqiçi  





Xəbər lenti