İran Salman Rüşdiyə sui-qəsd cəhdinə münasibət bildirib

   İran Salman Rüşdiyə sui-qəsd cəhdinə münasibət bildirib
  15 Avqust 2022    Oxunub:891
Yazıçı Salman Rüşdiyə sui-qəsd cəhdində onun tərəfdarları və özü günahkardır.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Çafi bildirib. Onun sözlərinə görə, heç kimin İranı ittiham etməyə haqqı yoxdur.

Qeyd edək ki, Salman Rüşdi avqustun 12-də ABŞ-ın Nyu-York şəhərində “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb. Naməlum şəxs səhnəyə çıxaraq 75 yaşlı Rüşdini boynundan və mədəsindən bıçaqlayıb.

Hadisəni törədən şəxs saxlanılıb. S.Ruşdinin illər əvvəl yazdığı “Şeytan ayələri” romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb. Salman Rüşdi bir çox müsəlmanın küfr kimi qiymətləndirdiyi “Şeytan ayələri” əsərinə görə dəfələrlə təhdidlər alıb. Kitab 1988-ci ildən İranda qadağan edilib. Eyni zamanda, İran hökuməti sonradan fətvadan uzaqlaşsa da, ölkədə yazıçıya qarşı mənfi münasibət qalmaqdadır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti