"Dağıntıları təmizləməyə texnika tapmırıq" - Narazı erməni

   "Dağıntıları təmizləməyə texnika tapmırıq" -    Narazı erməni
  15 Avqust 2022    Oxunub:981
Xəbər verdiyimiz kimi İrəvanın “Surmalu” ticarət mərkəzində xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən partlayış baş verib. Dünəndən davam edən axtarış-xilasetmə tədbirlərinə könüllülər də qoşulub.
Bu gün isə yerli media yazıb ki, dağıntılar altında qalan vətəndaşların yaxınları xilasetmə işlərinin uğursuz aparılmasından qəzəbləniblər.

Qeyd edilir ki, ümumilikdə hər kəs Fövqəladə Hallar Nazirliyinin işindən şikayətçidir.

“Qardaşımın 5 yaşlı oğlu, hamilə arvadı və bacısı alış-verişə gəlmişdilər. Onlar hələ də dağıntılar altındadırlar. Bütün gecə dağıntıları əllə təmizləmişik, uçulmuş binanın daşlarını daşıyırıq. Texnika gətirmirdilər. Yenicə gəlmişdi ki, o da heç nə etmədi getdi. Yenə iri daşları əllə parçalayıb daşımalı olduq. Vaxtında, lazımi qaydada işləsinlər”, - İrəvan sakinlərindən biri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müraciət edib.

Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 6 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb, 18 nəfər isə itkin sayılır. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti