Serbiyanın müdafiə zavodunda partlayış olub

   Serbiyanın müdafiə zavodunda partlayış olub
  15 Avqust 2022    Oxunub:908
Serbiyanın Valyevo şəhərindəki Kruşik müdafiə zavodunda partlayış baş verib.
Bu barədə RİA Novosti məlumat yayıb. Zavod Serbiyanın paytaxtı Belqraddan 100 kilometr cənub-qərbdə yerləşir və ölkənin ən böyük müdafiə müəssisələrindən biridir.

Partlayış nəticəsində 40 yaşlı işçinin yaralandığı deyilir. Qadın ağır xəsarətlərlə Valevo xəstəxanasına yerləşdirilib. Partlayış zamanı yaxınlıqda olan digər əməkdaş isə yüngül xəsarətlər alıb. Hazırda müstəntiqlər hadisə yerindədir.


AzVision.az



Teqlər:





Xəbər lenti