"Zabuxdan çıxanlardan maşına görə 300 min istəyirlər" - Erməni jurnalist

 "Zabuxdan çıxanlardan maşına görə 300 min istəyirlər" -  Erməni jurnalist
  15 Avqust 2022    Oxunub:1200
Jurnalist Nairi Hoxikyan Laçının Zabux kəndindən köçən ermənilərə diqqət ayrılmamasından gileylənib. AzVision.az xəbər verir ki, o, işğal zamanı Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilərdən hər fürsətdə istifadə edilməsini, onların soyulmasını deyib.
Zabuxdan çıxan 14 ailə Zəngəzura yerləşdirilir
- Bir çox soydaşımızın yük maşınları var. Lakin həmin şəxslər yüklərin daşınması üçün bu insanlardan 300 min dram istəyirlər. Bu vətənpərvərlik deyil, materializmdir, - Hoxikyan gileylənib.

Erməni jurnalist sərsəm iddialarını da irəli sürüb.

- Biz gec-tez biz "Ağavno"ya, "Berdzor"a(Ermənilər Zabuxla Laçını belə adlandırırlar-red.) qayıdacağıq. İndiki mərhələdə isə İrəvanda, Gorusda və ya başqa yerlərdə oturub deyirik: get, oradan qaçma, dayan, Hoxikyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Laçın   Jurnalist  





Xəbər lenti