Ermənilər Laçın-Zabux yolundakı meşəyə də od vurdular - VİDEO

   Ermənilər Laçın-Zabux yolundakı meşəyə də od vurdular -    VİDEO
  15 Avqust 2022    Oxunub:597
İşğal zamanı Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər növbəti dəfə vandallıq törədiblər. AzVision.az xəbər verir ki, onlar Laçın meşələrinə od vurublar.
Laçını tərk edən ermənilər evləri yandırırlar - VİDEO
Laçın-Zabux yolunda olan həmin ərazinin külə dönməsini əks etdirən görüntülər erməni mediasında əsas xəbərə çevrilib.

Qeyd edək ki, bu cür vəhşiliklər ilk dəfə deyil ki, baş verir. Azərbaycan ərazisində məskunlaşmış ermənilər 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra da anoloji addımlar atmışdılar.
Dünən isə Zabuxda qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurmasına dair görüntülər yayılmışdı.

Xatırladaq ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini, Zabux və Susanı boşaltmalıdırlar.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Laçın   Yanğın  







Xəbər lenti