Britaniyalı nazir Azərbaycan səfirilə görüşdü

   Britaniyalı nazir Azərbaycan səfirilə görüşdü
  15 Avqust 2022    Oxunub:686
Böyük Britaniyanın Avropa naziri Qrem Stüart Azərbaycanın Londondakı səfirliyindəki insidentlə bağlı ölkəmizin krallıqdakı diplomatik korpusunun rəhbəri Elin Süleymanovla görüşüb.
O, Britaniya hökumətinin ölkədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi önəmi vurğulayıb və bu hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Nazir qeyd edib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir.


AzVision.az

Teqlər:







Xəbər lenti