Pentaqon rəhbəri koronavirusa yoluxub

Pentaqon rəhbəri koronavirusa yoluxub
  16 Avqust 2022    Oxunub:356
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin COVID-19 testi müsbət çıxıb. AzVision.az xəbər verir ki, bu barədə məlumat Pentaqon rəhbərinin adından verilən bəyanatda qeyd edilib.
Bildirilir ki, müvafiq olaraq, Ostində koronavirusun olub-olmaması üçün test aparılıb, nəticəsi müsbət olub.

"Nazir Ostinin xəstəliyi yüngül simptomlarla davam edir. O, sağalana qədər evdə karantində qalacaq. Karantin beş gün davam edəcək" - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti