İran gömrüyü Əfqanıstanla sərhəddə tondan çox narkotik aşkarladı

İran gömrüyü Əfqanıstanla sərhəddə tondan çox narkotik aşkarladı
  16 Avqust 2022    Oxunub:376
İran gömrüyü çərşənbə axşamı külli miqdarda narkotik maddələr aşkarlayıb. AzVision.az xəbər verir ki, bu barədə İran Gömrüyünün rəsmisi Fəridə Zübeydi məlumat yayıb.
Qeyd edilir ki, təhlükəli qaçaqmal Əfqanıstanla sərhəddə yerləşən Cənubi Xorasan əyalətində aşkarlanıb.

- Belə miqdarda narkotik maddə Maxirod gömrükçüləri tərəfindən itlərin köməyi ilə iki yük maşınına baxış keçirilən zamanı üzə çıxıb, - Zubeydi deyib.

Qeyd olunur ki, axtarış nəticəsində iki avtotankerdən 1118 kq-a yaxın narkotik vasitə aşkar edilib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti