London merindən cinayətkarlığın artacağı ilə bağlı xəbərdarlıq

   London merindən cinayətkarlığın artacağı ilə bağlı xəbərdarlıq
  17 Avqust 2022    Oxunub:343
London meri Sadiq Xan Böyük Britaniyada yaşayış xərclərinin artması fonunda paytaxtda cinayətlərin arta biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə İngiltərənin "The Guardian" qəzeti xəbər verib. Qəzet yazır ki, mer, silahlı və bıçaqlı hücumları ən çox görülən cinayətlər kimi göstərib, çünki artan yaşayış xərcləri gəncləri daha tez-tez dəstələrə qoşulmağa məcbur edə bilər.

Xanın sözlərinə görə, Londonda baş verən atışmaların 50%-dən çoxu və qətllərin demək olar ki, 25%-i dəstələr tərəfindən törədilir: “Mən bu yay zorakılığın artmasından narahatam, çünki yaşayış xərclərinin artması güclənir və zorakı cinayətlərlə mübarizədə əldə etdiyimiz irəliləyişi ləğv edə bilər”.

Böyük Britaniyanın Milli Statistika Bürosunun məlumatına görə, apreldə ölkədə illik inflyasiya 1982-ci ilin martından bu yana rekord həddə çatıb - bir ay əvvəlki 7%-ə qarşı 9%. İstehlak qiymətləri mart ayında 1.1% artdıqdan sonra apreldə 2.5% artıb. 1982-ci ilin martında Böyük Britaniyada 9,1% inflyasiya qeydə alınıb. Avqustda inflyasiyanın 10,1%-ə çatdığı məlum olub.


AzVision.az

Teqlər:







Xəbər lenti