İrəvandan vətəndaşlara çağırış: "Pirotexnik məhsulları polisə təhvil verin"

   İrəvandan vətəndaşlara çağırış:    "Pirotexnik məhsulları polisə təhvil verin"
  17 Avqust 2022    Oxunub:378
Ermənistan İstintaq Komitəsi vətəndaşlara müraciət edib. AzVision.az xəbər verir ki, müraciətdə İrəvandakı "Surmalu" ticarət mərkəzindən alınan pirotexniki məhsulların hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur.
"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
"Komitə pirotexniki məhsullar almış bütün vətəndaşları onları ən yaxın polis bölməsinə təhvil verməyə çağırır. Bu addım vətəndaşlar üçün hüquqi nəticələrə səbəb olmayacaq", - İstintaq Komitəsinin bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan yanaraq kül olan ticarət mərkəzində ən azı 4 ton partlayıcının saxlandığını bildirmişdi.

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan  







Xəbər lenti